15 Dekabr 2018 16:05
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada və Çin arasında müşahidə olunan gərginlik dərinləşir.

Teleqraf.com xəbər verir ki, Pekin və Toronto arasındakı böhrana səbəb Huwei Elektronika şirkətinin maliyyə işləri üzrə rəhbərinin Kanadada həbs edilməsi olub.

Çin buna cavab olaraq kanadalı Mixail Spavoru və keçmiş diplomat Mixail Kovriqi həbs edib.

Yaranan böhran səbəbindən Kanadanın turizm naziri Melaniya Joly Çinə nəzərdə tutulan səfərini təxirə salıb.

Kanada baş naziri isə bəyan edib ki, Çinin iki Kanada vətəndaşını həbs etməsi qəbuledilməzdir və iki dövlət arasında münasibətlərə xələl gətirir.

Kanada Xarici İşlər Nazirliyindən verilən məlumatda isə qeyd edilib ki, Çin tərəfi ölkədə həbs edilən iki kanadalı ilə diplomatların görüşünə razılıq verib.

Çin Xarici İşlər Nazirliyi həbs edilən Kanada vətəndaşlarının ölkə qanunlarını pozduğunu və onlarla bağlı istintaq araşdırmaları aparıldığını elan edib.


Müəllif: Cavad