ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Fətullah Gülənin ekstradisiyası məsələsi üzərində iş aparıldığını söyləyib.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat yayıb.
Mövlud Çavuşoğlu FETÖ terror təşkilatının ABŞ-da vergi qaçaqmalçılığına dair Federal Təhqiqat Bürosunun apardığı istintaq araşdırmasını şəxsən gördüyünü açıqlayıb.