İran İslam İnqilabı Keşikçiləri Korpusunun nəzdindəki “Seman Əlaimə” Qərargahında xidmətdə olan briqada generalı Qüdrətullah Mənsuri xidməti silahını təmizləyən zaman ehtiyatsızlıqdan atəş açılıb və o, başından aldığı güllə yarasından həyatını itirib.
Axar.az xəbər verir ki, həyatını itirən general sabah səhər saatlarında Məşhəddə dəfn ediləcək.
Mənsurinin ölümü ilə bağlı İran Ali dini lideri Əli Xamanei də başsağlığı bəyanatı verib.