ABŞ-ın İŞİD-ə qarşı Mübarizə Koalisiyasındakı sözçüsü Sen Rayan Tvitter-də Türkiyə Silahlı Qüvvələrini (TSQ) “terror təşkilatı” adlandıran bir PKK-çının mesajını paylaşaraq etirazlara səbəb olub.
Teleqraf.com xəbər verir ki, polkovnik Rayanın paylaşımında türk ordusunu mülki insanları atəşə tutmaqda ittiham edilib.
Onun paylaşdığı fotonun üzərində qeyd edilib:
“Mənim üçün həftənin favorit fotosudur. ABŞ xüsusi təyinatlıları (“Yaşıl beretlilər”) terrorçu türk ordusunun snayperlərinin Rojovanın mülki sakinlərini hədəfə almasından və evindən məktəbə gedən kiçik qız uşağını öldürməsindən sonra Rojova-Türkiyə sərhədində patrul xidmətini həyata keçirir”.