18 Dekabr 2018 08:55
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş nazirinin mətbuat katibi Armen Yeqoyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun səsləndirdiyi fikirlərə münasibət bildirərək, ölkə başçısı Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Azərbaycana silah satışına dair məsələ qaldırdığını iddia edib.

Teleqraf.com xəbər verir ki, Yeqoyan müttəfiq Belarusun Azərbaycana silah satmasının qəbuledilməz olduğunu deyib.

O, Belarus prezidentinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin başçılarının qapalı iclasında müzakirə edilən məsələləri açıqlamadığını bildirib:

“Təəssüf ki, Lukaşenko bağlı qapılar arxasında müzakirə edilən məsələlərin detallarını açıqlamır. Digər tərəfdən, Nikol Paşinyan tez-tez Putinlə görüşür və o, bundan sonra rus silahlarının Azərbaycana satılması məsələsini gündəmə gətirib”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycana silah satan 5 dövlətdən biri olduğunu bildirib:

“Minskin Azərbaycanın 5-ci silah tədarükçüsü olduğunu xatırlatmaq istəyirəm. Azərbaycana iri həcmdə silah satan ölkələr var. Məsələn, İsrail, Rusiya, Türkiyə... Mən Paşinyana niyə Azərbaycana silah satdığımızı başa saldım. Niyə o, Azərbaycana silah satan Rusiyanı ittiham etmir, Putindən əvvəl bu məsələni gündəmə gətirmir? Yoxsa qorxur?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər