17 Dekabr 2018 20:53
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhlükəsizlik Bürosu FETÖ ilə bağlı 15 əyalətdə əməliyyatlara başlayıb. Nyu Cersidə bir neçə FETÖ üzvü həbs edilib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentdəki çıxışında bildirib: "ABŞ FETÖ-nün əsl üzünü gördü. Artıq əməliyyatlar başlayıb".

Çavuşoğlu Dohadakı açıqlamasına da aydılıq gətirib: "Mənə Dohada sual verildi ki, əkər seçkilərdə Əsəd qələbə qazanarsa onunla əməkdaşlıq edərsiniz? Cavabım "ədalətli və demokratik seçkilər olarsa hər kəs durumu gözdən keçirər" oldu. Əsədlə əməkdaşlıq edərik deməmişəm"

Çavuşoğlu ötən gün Fətullah Gülənin də yer aldığı 84 nəfərlik FETÖ-çünün Türkiyəyə təhvil verilməsi üçün ABŞ-a müraciət etdiklərini bildirib: "Bununla bağlı Ərdoğan Trampla söhbət edib. Amma real addımları gözləməkdəyik".


Müəllif: Teleqraf.com