İsrail Fələstinin uzunmüddətli atəşkəs təklifini qəbul edib. İstiqamet.com xəbər verir ki, Misirin paytaxtı Qahirədə aparılan müzakirələrin sonunda İsrail HƏMAS-ın şərtlərini qəbul edib.
HƏMAS-ın siyasi liderlərindən olan, Fələstinin sabiq baş naziri İsmail Heniyye "xalqımızın başını uca edəcək anlaşmanın astanasındayıq" deyib. HƏMAS-ın liderlərindən olan Ebu Merzuk isə qeyd edib ki, müzakirələr yekunlaşdı, atəşkəslə bağlı anlaşma əldə olundu.
Anlaşma barədə İsrail nümayəndə heyətinin rəhbəri Azzam el-Ahmed bu gün geniş açıqlama verəcək.
İsrail tərəfi atəşkəslə bağlı hələlik heç bir açıqlama verməyib.