Rusiyalı jurnalist Elizaveta Koroleva “Cavab gözləyin: ABŞ boğazdakı insidentə görə Rusiyanı cəzalandıracaq” başlıqlı məqaləsində rəsmi Moskvanı yeni sanksiyaların gözlədiyini bildirib.
Teleqraf.com-un xəbərinə görə, məqalə müəllifi bunun isbatı kimi ABŞ-ın Avropanı Kerç boğazındakı gərginliklə bağlı Rusiyaya sanksiya tətbiq etməyə çağırdığını xatırladıb.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker də ABŞ-ın belə bir çağırış etdiyini təsdiqləyib. O qeyd edib ki, ABŞ bu barədə Avropadan olan müttəfiqlərindən konkret mövqe tələb edir.
Bundan əvvəl isə Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov ölkəsinə yeni sanksiyalar tətbiq etmək üçün ABŞ-ın Kerç hadisəsindən bəhanə kimi istifadə edəcəyini açıqlamışdı.
Xatırladaq ki, ötən ay rus hərbçilər Azov dənizində (Kerç boğazı) Ukraynanın döyüş gəmilərinə odlu silahlardan atəş açıb.
Hadisə tərəflər arasında gərginlik yaradıb.