“Nikol Paşinyanın Ermənistanda atdığı addımlar və onun cəmiyyət arasındakı populyarlığı Moskvanı ciddi şəkildə narahat edir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Tennessi Universitetinin Rusiyadan olan siyasət mütəxəssisi Andrey Korobkov deyib.
Ekspertə görə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi ilə baş vermiş hadisələri “rəngli inqilab” kimi qəbul edir:
“Moskvanın bu narahatlığı da oradan irəli gəlir ki, bu dəyişiklik Rusiya-Ermənistan münasibətlərindəki strateji və kəskin dəyişiklikləri labüd edir. Ona görə də bunun baş verməməsi üçün İrəvanı təzyiq altında saxlayırlar. Şübhəsiz ki, Ermənistanın əldən çıxması Rusiyanın Cənubi Qafqazdakı mövqelərini laxladacaq. Bu da Rusiyaya baha başa gələ bilər”.
Korobkov hesab edir ki, hadisələr bu şəkildə davam edəcəyi halda, Rusiya Ermənistanı tamamilə itirə bilər.