18 Dekabr 2018 19:45
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda nazirliklərin sayı 17-dən 12-yə endiriləcək.

Teleqraf.com xəbər verir ki, yaxın vaxtlarda müzakirəyə çıxarılacaq “Ermənistan Respublikası hökumətinin quruluşu və fəaliyyəti haqqında” qanuna əlavə və dəyişiklik layihəsinə görə, həmçinin baş nazirin birinci müavini vəzifəsini ixtisar etmək nəzərdə tutulur.

Yerli KİV bu vəzifənin vaxtilə prezident Serj Sərksyan tərəfindən keçmiş baş nazir Karen Karapetyan üçün məxsusi təsis edildiyini yazır.

Həmçinin Diaspor Nazirliyi ləğv ediləcək, nəqliyyat, enerji və əmlak strukturları bir mərkəzdə birləşdiriləcək.


Müəllif: Teleqraf.com