19 Dekabr 2018 00:15
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ İsrail-Fələstin münaqişəsinin həllinə dair əvvəlkilərdən fərqlənən yeni plan hazırlayıb".

Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli BMT Təhlükəsizlik Şurasında sözügedən vəzifədə iştirak etdiyi son iclasda bildirib.

“Artıq bir həqiqəti qəbul etməliyik: sülh sazişindən hər iki tərəf qazanardı. Lakin Fələstin tərəfi daha çox qazanar, İsrail isə daha çox riskə gedir. Məhz bunu düşünərkən ABŞ Administrasiyası israillilərlə fələstinlilər arasında planını hazırlayıb. Bu, sadəcə, ümumi müddəalardan ibarət bir neçə səhifəlik yazı yox, daha ətraflı və böyük plandır, bununla da əvvəlkilərdən fərqlənir”, - deyə amerikalı diplomat vurğulayıb.


Müəllif: Mənbə/Report