19 Dekabr 2018 09:45
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti 3,5 milyard dollar dəyərində olan “Patriot” hava və raketdən müdafiə sistemlərinin Türkiyəyə satışına razılıq verib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müdafiə Nazirliyinə bağlı olan Müdafiə Təhlükəsizliyi Agentliyi sözügedən məsələyə dair açıqlama yayıb.

“Dövlət Departamenti 3,5 milyard dollar dəyərində 80 MIM-104 E model “Patriot” hava və raketdən müdafiə sistemlərinin, habelə “Patriot-3” (PAC-3) raketinin satışına razılıq verib. Müdafiə Təhlükəsizliyi Agentliyi bu satışla bağlı artıq Konqresi məlumatlandırıb”,- açıqlamada deyilir.

Sözügedən satış paketinə 4AN/MQP-65 radar şəbəkəsi, 4 nəzarət sistemi, 10 ədəd antena qrupu, 20 M903 stansiyası da daxildir.

ABŞ Dövlət Departamentinin rəsmisi isə deyib ki, bu satış NATO müttəfiqinin təhlükəsizliyinin təminatını artıracaq, hava və raket təhdidlərindən müdafiədə ciddi rol oynayacaq: “Türkiyə hava və raket müdafiəsi imkanlarını genişləndirmək , ərazi bütövlüyünü müdafiə etmək və regional təhdidləri önləmək üçün Patriot sistemlərindən istifadə edəcək. Bu texnika türk ordusunun düşməndən müdafiə olunmaq və NATO müttəfiqlərini müdafiə etmək imkanlarını artıracaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər