19 Dekabr 2018 10:14
2 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsəd Avropa ölkələri və Ermənistandan Dəməşqə gələn erməni iş adamları ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə tərəflər arasında Ermənistan-Suriya münasibətləri və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Erməni iş adamlarının Suriyada aparılan quruculuq işlərində iştirakı barədə razılaşma əldə olunub.

Bəşər Əsəd dəstəyə görə Ermənistan rəhbərliyi və iş adamlarına təşəkkür edib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Rusiyanın Suriyada həyata keçirdiyi humanitar layihələrdə iştirak edəcək.

Rəsmi İrəvanın qərarı ABŞ-ın etirazına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu