26 Avqust 2014 21:27
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya, Belarus və Qazaxıstanı onun Donbasdakı vəziyyətin nizamlanmasına dair sülh planını dəstəkləməyə çağırıb

“Mən əminəm ki, bu plan bugünkü gün aktual və qan azıdılmasını dayandıracaq və Donbasın münaqişədən sonrakı bərpasını təmin edəcək yeganə mümkün vasitədir”, deyə prezident Minskdə Ukrayna-AB-Avrasiya üçlüyünün görüşündə bildirib.

Ukrayna prezidenti həmçinin sülh nizamlanması üzrə müxtəlif təklifləri müzakirə etməyə hazır olduğunu bəyan edib. O qeyd edib ki, onun əsas məqsədi Ukraynanın şərq bölgələrində yerli əhalinin maraqları nəzərə almaqla sülhə və sabitliyə nail olmaqdır.

Poroşenko həmçinin Ukraynanın sərhədlərində nəzarətin bərpa olunmasının vacibliyini qeyd edib və girovların hamısının dərhal azad olunmasına çağırıb.

/APA/


Müəllif:

Oxşar xəbərlər