19 Dekabr 2018 14:12
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya üzrə baş direktorunun müavini Brok Birman Ermənistana gəlib.

Teleqraf.com xəbər verir ki, Birman İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

Paşinyan Brok Birmanın Ermənistana səfərini gələcək əməkdaşlıq sahələrini müəyyənləşdirmək üçün yaxşı fürsət hesab edib.

USAID yetkilisi isə agentliyin Ermənistanda demokratiya quruculuğuna dəstək verəcəyini bildirib.

Görüş zamanı gələcəkdə ikitərəfli əməkdaşlığın konkret istiqamətlərinin aydınlaşdırılması ilə bağlı anlaşma əldə edilib.

Qeyd edək ki, USAID Tunis, Ukrayna, Gürcüstan, Qırğızıstan və digər ölkələrdə baş vermiş “rəngli inqilab”ların spekulyatoru – maliyyə dəstəkçisi hesab olunur. ABŞ Dövlət Departamentinin “maliyyə qolu” sayılan agentlik Vaşinqtonu kəşfiyyat məlumatları ilə təmin edən mərkəz kimi də qəbul edilir. Agentlik ABŞ-ın ayrı-ayrı ölkələrdə dəstək verdiyi siyasi partiyalar, QHT-lər və digər qurumların əsas qəyyumlarından biridir. 2009-cu ildən sonra ayrı-ayrı ölkələrdə həyata keçirilən dövlət çevrilişlərində USAID-in iştirakı doktrina halını alıb.

Almaniyada nəşr olunan “Der Şpigel” qəzeti agentlik haqda yazır ki, “Harada ABŞ-ın maraqlarını əks etdirən böhran və inqilab varsa, USAID ora dollar yağışı yağdırır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər