ABŞ Prezidenti Con Kennedinin öldürülməsindən bir il sonra – 1964-cü ildə SSRİ rəhbəri (Sov.İKP MK-nın Baş katibi) Nikita Xruşşovun hakimiyyətdən getməsi arasında paralellik var idi. Belə desək, Kennedinin qətlə yetirilməsi birbaşa Xruşşovla əlaqədar olub.
Teleqraf.com xəbər verir ki, amerikalı araşdırmaçılar 55 il əvvəl baş vermiş cinayət haqda yeni nəzəriyyələr irəli sürməyə başlayıblar.
General Kertis Lemay Con Kennedinin Nikita Xruşşovu ələ alaraq, SSRİ və ABŞ arasındakı gərginliyi müharibə həddinə gətirdiyini və aranı qarışdırdığını iddia edir. Həmin iddiaya görə, Amerika prezidentinin Xruşşovu ələ keçirərək, SSRİ-ni dağıtmaq istəyi olub. Plan baş tutacağı halda, SSRİ 1963-cü ildə parçalanacaqdı. Lakin bundan xəbər tutan SSRİ kəşfiyyatı (KQB) Kennedinin öldürülməsini əmr edir.
KQB-yə bu işdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) daxilindəki gizli şəbəkəsi, Kuba mafiyası və Texasın neft maqnatları dəstək olur. Beləliklə, ABŞ kəşfiyyat xidmətlərindən birinin mafiyaya dəstəyi ilə Kennedi aradan götürülür.
Ən ilginc iddia isə Kennedinin CIA-nın məxfi əməliyyatı nəticəsində qətlə yetirilməsi əməliyyatından sonra ABŞ prezidenti seçilən Lindon Consonun bu cinayətdə iştirakı ilə bağlıdır.
Con Kennedinin gizli planının deşifrə edilməsi Nikita Xruşşovun da hakimiyyətinə son qoyur. Bir il sonra o, hakimiyyətdən uzaqlaşdırılır.