Almaniya silah sanksiyasını pozduğuna görə Rusiya vətəndaşı olan 68 yaşlı Vladimir adlı şəxsi həbs edib.
Teleqraf.com xəbər verir ki, alman prokurorluğundan verilən açıqlamaya görə, gömrük mütəxəssisləri ölkə xaricinə silah çıxarmağa çalışan şəxsi yaxalayıb.
Verilən açıqlamada qeyd edilib ki, sözügedən silahlar mərmi və raket istehsalında istifadə oluna bilərdi.
Karslşure şəhərində saxlanılan rus vətəndaş 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.