XİN sözçüsü: "Razılaşma əldə olundu"
Misirin paytaxtı Qahirədə Fələstinlə atəşkəs sazişi imzalayan İsrail rəsmisi razılaşma ilə bağlı açıqlama verib.
Xarici İşlər Nazirliyinin sözçüsü Yigal Palmor Türkiyənin Anadolu Agentliyinə açıqlamasında bildirib ki, Misirin təklif etdiyi sülh sazişini qəbul ediblər. Palmor atəşkəsin şərtləri barədə açıqlama verəcəklərini qeyd edib.
İsrail mətbuatı isə sazişin şərtlərilə bağlı aşağıdakıları qeyd edib. Qəzzaya hümanitar yardımların göndərilməsinə şərait yaradılacaq. Fələstin balıqçılarına Qəzzadakı göllərdə balıq ovlamalarına icazə veriləcək. HƏMAS-ın Qəzza limanı və aeroportu ilə bağlı tələblərinə sonrakı mərhələdə baxılacaq.
Fələstin prezidenti Mahmud Abbas atəşkəs sazişinin imzalanması barədə xalqa məlumat verib. Qəzzada fələstinlilər əllərində Fələsin Azadlıq Hərəkatı və HƏMAS-ın bayraqlarını tutaraq aksiya keçirirlər.
/İstiqamet.com/