Roma Katolik Kilsəsinin arxiyepiskopu, Vatikanın Dominikan Respublikasındakı sabiq səfiri, əslən polyak olan Yozef Vesolovskinin məhkəmə prosesi davam edir.
O, məruz qaldığı cəzaların əsassız olduğunu deyərək apellyasiya şikayəti verib.
Sabiq nunsi bütün titullarının geri qaytarılmasını istəyir.
Milli.Az European-a istinadən bildirir ki, apellyasiya şikayətinə oktyabr ayında baxılacaq. C.Vesolovskiyə qarşı irəli sürülmüş ittihamlar təsdiqlənərsə, onu diplomatik toxunulmazlıq statusundan məhrum olunma və Dominikandan deportasiya gözləyir.
Sabiq arxiyepiskop xəstə uşaqlara cinsi əlaqənin müqabilində dərman pulu verməkdə, illər uzunu uşaqlara təcavüz etməkdə suçlanır.
Dominikan Respublikasının paytaxtı Santa-Dominqoda dəbdəbəli iqamətgahda yaşayan sabiq arxiyepiskop əsasın ayaqqabı təmizləyən balaca oğlanları seçirdi.
Əvvəlcə ayaqqabılarını təmizlədən Vesolovski sonra seçdiyi "qurban"ını hovuzda lüt üzməyin əvəzində 10 dollarla şirnikləndirir, sonra isə həmin uşağı zorlayırdı.
Onun 2008-2013-cü illərdə ən azı 7 uşağı zorladığı iddia olunur.
İttihamlar təsdiqlənərsə sabiq arziyepiskopu 12 ilədək həbs və 200 min dollar cərimə gözləyir.