20 Dekabr 2018 14:36
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdlərin Demokratik Suriya Qüvvələri (DSQ) ABŞ-ın Suriyadakı qoşunlarını geri çəkməsi haqda bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, DSQ ABŞ-ı xəyanətdə ittiham edib.

Bəyanatda deyilir: “Bu, bir xəyanətdir. ABŞ xəncəri kürəyimizdən vurdu”.

Qeyd edək ki, Suriyanın ərazisinin təxminən 27%-i DSQ-nin nəzarətindədir. Kürd qüvvələri ABŞ-ın başçılıq etdiyi anti-İŞİD Koalisiyası Haseke və Raqqa bölgələrini İŞİD terror təşkilatının nəzarətindən çıxarmışdı.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadak ABŞ hərbi qüvvələrinin çıxarılacağını açıqlayıb.

Pentaqon isə bəyanat yayaraq, çıxarılma prosesinin başladığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər