ABŞ Prezidenti Donald Tramp Amerika hərbi qüvvələrinin Suriyadan çıxarılması qərarına növbəti dəfə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Tvitter-də yazıb.
Etirazlara baxmayaraq, qərarının doğruluğunu vurğulayan Amerika prezidenti qeyd edib:
“Suriyadan çıxmaq sürpriz deyil. İllərdir bunun üçün çalışırdım. 6 ay əvvəl niyyətimi həyata keçirmək qərarı verəndə çıxarılma prosesini bir qədər təxirə saldım. Rusiya, İran, Suriya və digərləri İŞİD-in regional düşmənləri idi. Hamımız işləmək üçün orada idik. İndi evə qayıtmaq və yenidən qurmaq vaxtıdır”.
Qeyd edək ki, Tramp bundan əvvəlki açıqlamasında ABŞ-ın Suriyaya ordu göndərməkdə məqsədlərinin İŞİD terror təşkilatı ilə mübarizə aparmaq olduğunu demişdi: “İŞİD-ə görə orada idik. İŞİD-i məğlub etdik və indi də çıxırıq”.