20 Dekabr 2018 20:02
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və İran kəşfiyyatı əməkdaşlıq edir. “Mossad” casusları İranda rahat hərəkət edə bilir.

Teleqraf.com xəbər verir ki, bu sensasion iddia stratejikguvenlik.wordpress.com saytında yayılan materialda yer alıb.

Məqalədə bildirilir ki, vaxtilə Suriya Prezidenti Hafiz Əsəd İsrail Baş naziri Şimon Pereslə qarşılaşanda Peres Əsədə “casuslarınızla çox fəxr edirsiniz, amma Lazkiyə sularına sualtı qayıq göndərdik, heç xəbəriniz olmadı” deyir. Hafiz Əsəd isə kefini pozmayaraq, “Siz adamlarınızı göndərin, sualtı qayığa baxsın” cavabını verir.

Şimon Peres adamlarını deyilən yerə göndərir və məlum olur ki, sualtı qayığın alt hissəsində Suriya kəşfiyyatının işarəsi var.

Məqalədə qeyd edilir ki, əslində İran kəşfiyyatının insani qaynaqlar siyahısında İran yəhudiləri başda gəlir.

Məsələn, İsrailin 8-ci prezidenti Moşe Katsva İranın Yezd şəhərində doğulub, daha sonra ailəsi ilə birlikdə Tehrana köçüb. 1951-ci ildə isə 5 yaşı olarkən İsrailə köç edib, ömrünün sonuna qədər farscanı ana dili səviyyəsində bilib.

Şahlıq dövründə İran İsrailə neft satarkən, MOSSAD agentləri SAVAK əməkdaşlarına təlimlər keçib, İsrail İrana silah və digər sahələrdə xidmət göstərib. 1973-cü ildə Ərəb-İsrail müharibəsi başlayanda Tehran İsrail əleyhinə həyata keçirilən neft boykotu kampaniyasına qatılmayıb.

İran Qüds birqadaları yaradıb, ancaq geniş baxdıqda məlum olur ki, bu birqadalar Fələstində deyil, Suriyada vuruşur.

Hazırda Tehranda 8500 yəhudi yaşayır və yəhudi camaatının lideri Humayun Samiyah Nəcəf Ebadi ilə hökumətin münasibətləri çox yüksək səviyyədədir.

Məqalədə qeyd edilir ki, 2015-ci ilin 20 yanvarında İraq müharibəsində ölən İran yəhudiləri üçün abidə kompleksi tikilib. Yəhudi məzarlığında açılan və ətrafı İran bayrağı ilə əhatə olunan abidə daşının bir hissəsinə yəhudilərin keçmiş simvolu olan yeddi qollu şamdan işarəsi çəkilib. Eyni zamanda orada ölən yəhudilərin adları yazılıb.

İsrail Baş naziri Binyamin Netanyahu nüvə proqramı haqqında informasiya əldə etmək üçün “Mossad” casuslarının fərqli dövrlərdə İrana getdiklərini söyləyib. Bu ifadələr göstərir ki, “Mossad” İranda özünü İsraildə olduğu kimi hiss edib.

Ötən il İran kəşfiyyatının rəisi Mahmud Ələvi təhlükəsizlik qüvvələrinin İran hökumətinin fərqli strukturlarında işləyən “onlarla xarici casus” tutduğunu elan etmişdi.

İsrail isə bu ölkənin sabiq enerji naziri Conen Segevi İran casusu olması şübhəsi ilə saxlayıb.
Məqalədə daha sonra iddia olunur ki, İran Prezidenti Həsən Ruhani “Mossad” rəsmiləri ilə görüşüb. Fakt kimi qeyd edilir ki, Həsən Ruhani 30 il əvvəl, 1986-cı ilin avqustun 30-da Parisdə dəbdəbəli bir otel nömrəsində İsrail baş nazirinin nümayəndəsi Amiram Nir ilə məxfi görüş keçirib. Həmin dövrdə Ruhani İran parlamentində vitse-spiker və İran milli təhlükəsizlik komitəsinin üzvü olub. İran və İsrail rəsmiləri Parisdə görüş keçirən ərəfədə isə İraq-İran müharibəsi davam edirmiş.


Müəllif: Cavad

Oxşar xəbərlər