27 Avqust 2014 00:50
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İslam Dövləti” qruplaşması 26 yaşlı ABŞ vətəndaşının azadlığa buraxılması üçün 6,6 mln. dollar tələb edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “ABC” telekanalı məlumat yayıb.


Məlumata görə, bir il əvvəl Suriyada humanitar missiya həyata keçirərkən girov götürülmüş amerikalı qadın “İslam Dövləti” tərəfindən girov saxlanılan sayca üçüncü qadındır. Ümumilikdə, ABŞ-ın azı 4 vətəndaşının terrorçular tərəfindən girov götürüldüyü bildirilir.


Bir neçə gün əvvəl amerikalı jurnalist Ceyms Foulinin edam kadrları internetdə yayılıb. Həmin videoçarxda terrorçular digər amerikalı jurnalist Stiven Sotlofu da öldürüləcəklərini elan ediblər.


Müəllif:

Oxşar xəbərlər