NATO ABŞ ordusunun Suriyadan çəkilməsi və İŞİD-ə qarşı müttəfiqlərlə birgə mübarizə aparacağına dair qərarını diqqətdə saxlayır.
Teleqraf.com xəbər verir ki, adı açıqlanmayan NATO yetkilisi "Anadolu agentliyi"nə açıqlamasında bildirib ki, müttəfiq qoşunlar Suriyada mövcud olmasa da İŞİD-lə mübarizəsini davam etidirir, İraqda təlimlər təşkil edir.
NATO-nun baş katibi Jens Stoltenberq Trampın məlum açıqlamasında sonra ABŞ dövlət katibi Mayk Pompeo ilə telefonla danışıb.
Qeyd edək ki, ABŞ 100 gün ərzində Suriyadakı hərbçilərini geri çəkəcək.