Ötən gün Rusiyada həkim adına yaraşmayan hadisə baş verib.
Teleqraf.com Rusiya KİV-ə istinadla xəbər verir ki, Sankt-Peterburqun Federal İstintaq İdarəsi şəhər xəstəxanalarından birində çalışan anestezioloq-reanimatoloq barəsində dərhal cinayət işi başladıb.
Rusiya mətbuatının yazdığına görə, adının açıqlanmadığı 1960-cı il təvəllüdlü anestezioloq əməliyyatdan sonar hələ də huşu özündə olmayan xəstələrə qarşı iyrənc hərəkətlər edirmiş.
İki pasiyentə qarşı cinsi təcavüz etdiyi bildirilən həkim üçüncü analoji istəyini həyata keçirərkən yaxalanıb. Hər şeyi göz önünə alan manyak-həkim sonuncu pasiyentini zorla cinsi istismar edərkən xəstə ayılıb və onun əməlləri faş olub.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan anestezioloq-reanimatoloqun səhhətinin qəfildən pisləşməsi üzündən xəstəxanaya yerləşdirilib.
Hazırda onun saxlanıldığı palata polis nəzarəti altında mühafizə olunur.