21 Dekabr 2018 12:34
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada keçirilən kütləvi nümayişlər zamanı 3 min nəfərə yaxın insan zərər çəkib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirlik zərər çəkənlərdən 1000 nəfərinin polis və hüquq-mühafizə orqanlarının əməkdaşı olduğunu bildirib.

Noyabr ayının ortalarından başlayan etirazlarda 1843 mülki vətəndaş, 1048 nəfər isə hüquq-mühafizə orqanlarının əməkdaşı zərər görüb.

Etirazlarda həlak olanların sayı isə 9 nəfərə çatıb.

Qeyd edək ki, Fransanın paytaxtı Paris və digər iri şəhərləri əhatə edən nümayişlərdə (“Sarı Jiletlilər Hərəkatı”) hakimiyyətə qarşı etiraz edilir.

Etirazçılar Emmanuel Makron hökumətindən vergilərin azaldılmasını və iqtisadi problemləri həll etməyi tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər