21 Dekabr 2018 18:11
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident Donald Trampın Amerika hərbi birləşmələrinin Suriyadan çıxarılması qərarı bölgəyə təsir rıçaqlarını ABŞ-ın əlindən alacaq. Bu, Vaşinqtonun bölgədəki nüfuz dairəsini də daraldacaq”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı politoloq Riçard Haas deyib.

Mütəxəssis Amerika hərbçilərinin Suriyadan tamamilə çıxarılması vəziyyətində regiondakı mövqelərin tamamilə itirilməsinə gətirib çıxaracağını bildirib.

Riçard Haas Tramp administrasiyasının plansız hərəkət etdiyini vurğulayıb: “Tramp administrasiyasının Suriyadan hansı şərtlər daxilində çəkildiyi məlum deyil. Hesab edirəm ki, belə bir məsələ dəqiqləşdirilməyib. Kürdlərin türklərin öhdəsindən hansı formada gələ biləcəyi ilə bağlı “qırmızı xətt” çəkdikmi? Yaxud Suriyanın gələcək hökuməti ilə bağlı anlaşma varmı?”

Qeyd edək ki, Prezident Donald Tramp Suriyadakı ABŞ hərbi qüvvələrinin bu ölkədən çıxarılacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər