22 Dekabr 2018 10:06
1 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Suriyadan geri çəkilib-çəkilməməsindən asılı olmayaraq, Türkiyə “terror dəhlizi” adlandırdığı bölgəyə müdaxilə etməlidir. Prezident Donald Tramp geri çəkilmək qərarı versə də, ABŞ-ın terror təşkilatları ilə əməkdaşlığı bölgəni təhdid etməyə davam edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə nəşr olunan “Yeni Şafak” qəzetinin siyasi şərhçisi İbrahim Karagül deyib.

Ekspert hesab edir ki, Suriyadan geri çəkilmək qərarı verən Tram əslində ənənəvi Amerika siyasəti ilə böyük oyun oynamağa çalışır:

“Lakin hansı oyunun oynanılmasına baxmayaraq, ABŞ-ın bölgədə qalmaq imkanı yoxdur. Türkiyənin Afrinə nəzarəti ələ keçirməsindən sonra ABŞ Aralıq dənizinə çıxış imkanından məhrum oldu. Hər nə qədər PKK vasitəsilə bölgəyə girməyə çalışsa da, bu cəhdləri baş tutmur”.

İbrahim Karagül qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Trampla görüşdə əldə edilmiş anlaşmanın həyata keçirilməsi üçün vaxt verdi, lakin Türkiyənin də kəskin mövqeyini ortaya qoydu:

“Bu baxımdan, PKK və İŞİD-i zərərsizləşdirəcək “yol xəritəsi”nin hazır olduğunu dedi, bu istiqamətdə hərəkətə keçəcəyini açıq formada qarşı tərəfə çatdırdı. ABŞ Suriyadan geri çəkilir deyə, Türkiyənin bu əməliyyatdan imtina etməsi mümkün deyil. Çünki ABŞ bu günədək bölgə ilə bağlı Türkiyəyə verdiyi vədin heç birini yerinə yetirməyib. Başqa sözlə, Fərat çayının şərqində əməliyyatlara başlamaq vaxtıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər