ABŞ Dövlət katibi Mayk Pompeo Rusiya və Türkiyənin BMT Təhlükəsizlik Şurasının qərarı çərçivəsində Suriyada üzərində götürdükləri öhdəlikləri yerinə yetirəcəklərini ümid etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, o bu barədə NPR radiosuna müsahibəsində danışıb.
ABŞ-ın Suriyadakı hərbi qüvvələrini çıxarması məsələsinə toxunan Pompeo deyib: “Ruslara və türklərə güvənirik. Ümid edirik ki, BMT Təhlükəsizlik Şurası qərarı çərçivəsində üzərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər. ABŞ məsələnin siyasi yolla həllinə çalışacaq”.