22 Dekabr 2018 12:14
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk “Russia Today”a müsahibəsində ölkənin Avropa İttifaqına daxil ola biləcəyi mümkün tarixi açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, o, qeyd edib ki, Avropa İttifaqının üzvü olmaq üçün Ukraynaya 10 ilə qədər vaxt lazımdır.

Bununla belə Leonid Kravçuk əlavə edib ki, Avropaya inteqrasiya istiqamətində uğurlardan danışmaq hələ tezdir:

“Perspektiv var, yəni yol açıqdır. Bu yolu keçmək üçün isə biz mütləq islahat aparmalı, sərmayələr üçün əlverişli mühit yaratmalı, korrupsiyanı aradan qaldırmalıyıq. Çox vaxt keçəcək. Amma yol açıqdır, bu çox vacibdir”.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Petro Poroşenko yaxın 5 il üçün ölkəni Avropa İttifaqı və NATO-ya üzvlüyə hazırlamaq niyyətində olduğunu bildirib.


Müəllif: Səxavət