22 Dekabr 2018 13:44
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Hollywood Reporter” jurnalının ekspertləri 2018-ci ilin ən pis filmlərinin adlarını açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, anti-reytinqin lideri rejissor Kevin Konnolinin çəkdiyi və Con Travoltanın baş rolda oynadığı “Qotti məcəlləsi” kriminal dramı olub.

Kino tənqidçiləri bildiriblər ki, filmin ssenarisi bəzi məqamlarda gülüş doğurur, bəzən isə sadəcə qəm-qüssəyə səbəb olur.

Siyahıda ikinci yeri “Robin Qud: Başlanğıc” filmi tutub. Ekspertlərin sözlərinə görə, film o qədər pisdir ki, onun yaradıcıları açıq şəkildə tövbə etməlidirlər.

Reytinqin üçüncü pilləsində Ceyms Foulinin “Azadlığın əlli çaları” filmi qərarlaşıb. Uğursuz filmlərin ilk beşliyini “Həyatın özü” və “Venom” filmləri qapayır.


Müəllif: Səxavət

Oxşar xəbərlər