22 Dekabr 2018 18:52
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasındakı qarşıdurma Kerç boğazında vəziyyətin gərginləşməsi və Rusiya donanmasının Krım sahillərində mövcudluğu səbəbindən daha ciddi səviyyəyə çata bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Daily Express” qəzeti məlumat yayıb.

Məqalə müəlliflərinin fikrincə, rus donanmasının gəmiləri həlledici hərəkətə keçmək əhval-ruhiyyəsindədir: “Rusiya hərbi gəmiləri üçüncü dünya müharibəsi dövründə Azov dənizindən Krım istiqamətinə hərəkət edəcəklər”.

Analitiklərin fikrincə, hazırkı vəziyyət ölkələri daha ciddi bir qarşıdurmaya gətirib çıxara bilər.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Ukrayna Hərbi Dəniz Qüvvələrinin 3 gəmisi ilə Rusiya donanmasına məxsus gəmilər arasında qarşıdurma olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər