Ermənistan xarici işlər naziri Edvard Nalbandyan avustun 28-də Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün ilk dəfə Ankaraya gedəcək.
Erməni nazir Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğana Ermənistanın dövlət prezidenti Serj Sarkisyanın İrəvana dəvət məktubunu çatdıracaq.
Bu, 2015-ci il aprelin 25-də yüzilliyi qeyd olunan erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərə dəvətdir.
İnauqurasiya mərasimi üçün Ankaraya getməyi planlaşdırılan erməni nazirin Əhməd Davudoğlu ilə görüşü gözlənilmir.
Nalbandyan sonuncu dəfə Türkiyə-Ermənistan Dünya kuboku seçmə mərhələsini izləmək üçün Bursaya, sonra isə 2008-ci ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq toplantısında iştirak etmək üçün İstanbula getmişdi.
Qeyd edək ki, Ankara ötən əsrin əvvəlində Osmanlı Türkiyəsində baş verən hadisələrin araşdırılıb qiymət verilməsi üçün tarixçilərdən ibarət komissiya yaratmağı təklif edir və Türkiyə arxivlərinin bunun üçün açıq olduğunu bəyan edib. İki ölkə arasında diplomatik münasibətlər yoxdur, 1993-cü ildə Qarabağ müharibəsi dövründə Ankara “Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz olaraq” Ermənistanla sərhədini bağlayıb.
/anspress/