Somalidə törədilmiş terror aktında ölənlərin sayı 25 nəfərə çatıb.
Ölənlər arasında jurnalistlər də var. Partlayışlar zamanı həmçinin 40 nəfər yaralanıb.
DPA agentliyi hadisənin Moqadişoda, Milli Teatrın binası yaxınlığında baş verməsi barədə məlumat yayıb. İki avtomobilə yerləşdirilmiş bombaların partlamasına görə məsuliyyəti, "Əş-Şabab" qruplaşması üzərinə götürüb. Onların hədəfi teatrın yaxınlığındakı prezident sarayının nəzarət-buraxılış məntəqəsi olub.
Daha əvvəl partlayışlar zamanı 16 nəfərin öldüyü, 20-dən çox insanın yaralandığı bildirilirdi.
At least 25 people were on Saturday morning killed and 40 injured in 2 seperate car bombings in the Somali capital #Mogadishu.
— DalsanTV (@DalsanTv) 22 декабря 2018 г.
DALSAN TV's Farhiya report on the first bombing near Daljiir Dahsoon captures live sound of the second explosion that happened near the National Theatre pic.twitter.com/TM6oHS9Hmq