Suriyada İŞİD-in qalıqları ilə region ölkələri, o cümlədən Türkiyə məşğul ola bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün ABŞ Prezidenti Donald Tramp çıxış deyib.
"Suriyaya gəlincə, əvvəlcə biz orada 3 ay qalmaq istəyirdik. Bu, 7 il əvvəl belə planlaşdırılmışdı. Lakin biz bu vaxta qədər oradan çıxmamışıq. Mən prezident olanda İŞİD hiddətləndi. Hazırda isə İŞİD əsasən, məhv edilib. Onun qalıqları ilə region ölkələri, o cümlədən Türkiyə məşğul ola bilər. Biz evə qayıdırıq", Tramp Tvitterdə yazıb.