Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçlı Tvitter hesabında Fərat əməliyyatı ilə bağlı fikirlərini paylaşıb.
Teleqraf.com-un xəbərinə görə, Baxçalı bu əməliyyatın Türkiyə üçün həyati əhəmiyyət daşıdığını bildirib.
"Fəratın şərqi ilan-çıyan yuvasıdır! Ora Fironun sığınacağı, Yezidin saxlandığı dəlikdir. Ora başdan ayağa təmizlənmədikcə güvənli olmayacağıq. Orada geniş əməliyyat keçirilməsi milli maraqlarımız üçün çox önəmlidir".