23 Dekabr 2018 00:55
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə "sarı jiletlər"in yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyaları zamanı 142 nəfər saxlanılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "BFM" telekanalı Fransanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Daha əvvəl 79 nəfərin saxlanıldığı bildirilirdi. Ümumilikdə Parisdə etiraz aksiyalarında 2 minə yaxın insan iştirak edib.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.

Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər