27 Avqust 2014 10:24
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama “İslam Dövləti” (yəni İŞİD) adlı terror təşkilatının amerikalı jurnalist Ceyms Folleyi başını kəsərək öldürməsinə görə cəzasını alacağını bir daha bəyan edib.

Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, ABŞ lideri İŞİD-dən əl çəkməyəcəklərini bildirib. Ağ Ev rəhbəri bildirib ki, ədalət öz yerini tapacaq:

“Xalqımıza zülm verənlərə mesajımız aydındır. Amerika unutmaz, əlimiz hər yerə çatır və ədalət bərqərar olacaq”. Lakin ABŞ dövlət başçısı etiraf edib ki, İŞİD-lə mübarizə elə də asan deyil: “İŞİD kimi xərçəngin kökünü qazımaq asan deyil. Bunu sürətlə həyata keçirmək olmur”.


Müəllif: