İndoneziyanın Sunda boğazı sahillərində sunami baş verib.
Teleqraf.com İndoneziyanın Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli idarəsinin saytına istinadla xəbər verir ki, sunami nəticəsində ölənlərin sayı 62-yə yüksəlib.
584 nəfər xəsarət aldığı, 20 nəfərin itkin düşdüyü bildirilir. Təxmini hesablamalara görə, 430 yaşayış binasına zərər dəyib.