ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İŞİD-lə mübarizə üzrə koalisiyadakı nümayəndəsi Brett Makqrekin istefasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Donald Tramp Bret Makqrekin vəzifə müddətinə yaxın ərəfədə istefa verməklə diqqəti özünə çəkmək istədiyini söyləyib.
“Barak Obama tərəfindən 2015-ci ildə vəzifəyə gətirilən Brett Makqreki tanımıram. Fevralda vəzifəsindən gecədəkdi, amma indi istefa verdi. Şoumendir? Yalançı media heç bir mənası olmayan bu hadisəni böyüdür”, - deyə ABŞ prezidenti vurğulayıb.
Qeyd edək ki, ABŞ mediası Makqrekin ABŞ Dövlət katibi Mayk Pompeoya Suriyadan çəkilmək məsələsində Prezident Donald Trampla fikirlərinin ciddi şəkildə toqquşduğunu bildirərək, istefa verdiyini yazıb.