İndoneziyada baş verən sunami nəticəsində ölən və yaralananların sayı artır. Yeni məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 222 nəfərə çatıb, 843 nəfərin isə yaralandığı bildirilir.
Sunaminin 430-dan çox evə zərər verdiyi açıqlanıb.
Rəsmilər əhaliyə sahilə yaxın yerlərdən uzaq durmalarını tövsiyə edib.
***
İndoneziyada baş verən sunami nəticəsində ölənlərin sayı 168 nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, təbii fəlakət nəticəsində 745 nəfər yaralanıb, 30 nəfər itkin düşüb.
Xatırladaq ki, sunami şənbə günü yerli vaxtla saat 21:27 də İndoneziyanın qərb sahillərində baş verib.