23 Dekabr 2018 15:15
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda “Qır sultanı” ləqəbi ilə tanınan, iqtisadi cinayətkarlıqda və dələduzluqda günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş Həmid Baqiri Dərməni edam edilib.

Teleqraf.com xəbər verir ki, Tehran məhkəməsi hökumət qurumlarındakı tanışlarının yardımı ilə İran Milli Bankından və digər dövlət banklarından yüz milyardlarla tümən kredit götürən və banklara olan borcunu qaytarmayan Həmid Baqiri Dərmənini mütəşəkkil dəstələr yaratmaqda, ölkənin qır biznesi sektorunu ələ keçirməkdə, fırıldaqçılıq yolu ilə mənimsədiyi pulları xarici ölkələrin banklarına köçürməkdə təqsirli bilib.
Müttəhim dekabrın 22-si sübh saatlarında edam olunub.

Onun Tehranın Evin zindanında edam olunduğu təxmin edilir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər