23 Dekabr 2018 20:16
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın qoşunlarını Suriyadan çıxarmasına dair qərarını sərt tənqid edib.

Teleqraf.com xəbər verir ki, Makron "ABŞ-ın Suriyadan çəkilmə qərarından təəssüflənirik. Müttəfiq etibarlı olmalıdır", deyə bildirib.

Makron və Trampın münasibətlərində Avropa ordusunun qurulması və NATO-dakı problemlər üzündən gərginlik yaşanır.

Ağ ev Suriyadan 2 min hərbçinin geri çəkilməsilə bağlı qərar qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər