ABŞ son model aviabombanı sınaqdan keçirib.
Teleqraf.com xəbər verir ki, GBU-57 Massive Ordnance Penetrator (MOP) bomba Missuri ştatındakı poliqona atılıb.
GBU-57 bombasının çəkisi 13,6 tondur. Bomba 61 metr dərinlikdə olan canlı qüvvəni məhv edir, 19 metrlik betonu dağıdır.
GBU-57 2007-ci ildə “Boeing” şirkəti tərəfindən hazırlanıb.