Ötən sutka ərzində Suriyaya 1037 qaçqın qayıdıb.
Teleqraf.com xəbər verir ki, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqəsindən 368 qaçqın (110 qadın, 188 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 669 qaçqın (201 qadın, 341 uşaq) öz ölkəsinə qayıdıb.
Ölkə daxilində daimi yaşayış yerlərinə gün ərzində 925 Suriya vətəndaşı qayıdıb.
Bundan əlavə, Suriyanın mühəndis bölmələri sutka ərzində 11,5 hektar ərazini minalardan təmizləyiblər. Əməliyyat zamanı 33 partlayıcı qurğu məhv edilib.