24 Dekabr 2018 07:19
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krımda ötən ay inşası tamamlanan aviabazası fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, Sivastopol şəhərində salınan Belbek hərbi hava limanında ilk uçuşlar həyata keçirilib.

Aviabazaya ilk olaraq Su-30m2 tipli iki mühərrikli qırıcı endirilib. 7 təyyarə parkı olan hava limanında təyyarələrin eniş və qalxma zolaqlarının uzunluğu 3 min 540 metrdir.

General Viktor Sevostyanov Cənub Hərbi Bazasına aid təyyarələrin Krımda yerləşdiriləcəyini bildirib.

Hava limanında Rusiyanın əsasən IL-96 və A319 tipli uçaqları yerləşdiriləcək.


Müəllif: Teleqraf.com