Fətullahçı Terror Təşkilatının (FETÖ) Bursa şəhərində yerləşən mənzillərindən birində keçirilmiş əməliyyatlarda çoxlu sayda sarı jilet və saxta şəxsiyyət vəsiqələri ələ keçirilib.
Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyatlarda həmçinin 22 şübhəli saxlanılıb.
Araşdırma aparılır.
Qeyd edək ki, sarı jilet Fransada hakimiyyət əleyhinə davam edən nümayişlərin rəmzinə çevrilib. Ölkənin iri şəhərlərini əhatə edən nümayişlər “Sarı jiletlilər” hərəkatı adlanır.