Rəsmi Vaşinqton Amerika vətəndaşı Douglas McAuthor McCainin Suriyada cihad üçün döyüşərkən öldürüldüyü xəbərlərini təsdiqləyib.
Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının spikeri Caitlin Hayden açıqlama verib. Onun sözlərinə görə, bəzi şəxslərin cihad etmək üçün xaricə səyahət etmələrinə maneə törətmək, daşındırmaq, geri dönənləri də izləmək və onlarla təmas qurmaq üçün əllərindəki hər vasitəsidən istifadə etməyə çalışırlar.
Xatırladaq ki, Amerika mediasında ABŞ-ın San Diyeqo şəhərindən olan bir Amerika vətəndaşının Suriyada öldürülməsi barədə xəbərlər yayılıb.
Samir