27 Avqust 2014 10:49
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha 7 ölkə İŞİD-lə mübarizə üçün İraqın şimalına silah və sursat göndərib.

Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Çak Heygel yazılı açıqlama verib.

Onun sözlərinə görə, İŞİD-lə mübarizədə İraq xalqına kömək etmək istəyənlərin sayı durmadan artır.

Ç.Heygel açıqlamasında 7 ölkənin adını da bildirib. Bunlar Albaniya, Kanada, Macarıstan, Danimarka, İtaliya, Fransa və İngiltərədi.

Samir


Müəllif:

Oxşar xəbərlər