24 Dekabr 2018 16:00
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya iri ticarət müqavilələrində dollardan istifadə etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu “RBK”ya müsahibəsində ölkənin sənaye və ticarət naziri Denis Manturov bildirib.

“Məsələn, S-400 zenit-raket kompleksinin satışı ya rublla, ya da alıcı ölkənin milli valyutalarında ödənilir”, – deyə D.Manturov Hindistan, Türkiyə və Çinə sözügedən komplekslərin satışının hansı valyutada aparılmasına dair suala cavab olaraq bildirib.

Nazir qeyd edib ki, Çinlə barter sistemindən hələ 1990-cı illərdə istifadə olunub. Ancaq nazirin sözlərinə görə, xoşbəxtlikdən indi bu metoddan istifadə olunmur.


Müəllif: Səxavət

Oxşar xəbərlər